“Olimpik” latviyalı futbolçu ilə müqavilə bağladı
23.06.2009 - 16:00
“Olimpik” latviyalı futbolçu ilə müqavilə bağladı
Bakının “Olimpik-Şüvəlan” klubu mövsümlərarası fasilədə üçüncü legioner transfer edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi latviyalı yarımmüdafiəçi Nikolay Kozaçukla iki illik müqavilə imzalayıb. Kozaçuk bu komandada oynamış həmyerlisi Mariyan Çoruzi kimi yarımmüdafiənin sol cinahında çıxış edir. 25 yaşlı futbolçu son mövsümü vətənində birinci liqada çıxış edən “Vindava” klubunda keçirib. Yaxın günlərdə yeni komandası ilə birgə məşqə çıxacaq Nikolayın iyunun 27-də “Neftçi” ilə yoxlama oyununda debüt edəcəyi gözlənilir.

Qeyd edək ki, “Olimpik-Şüvəlan” buna qədər belaruslu hücumçu Artyom Vaskov və türk əsilli Fransa vətəndaşı Ender Günlünü transfer edib. Məşhur “Lion” klubunun yetirməsi olan Ender də orta sahə oyunçusudur.
0