Bu da Ronaldinyonun oğlu - FOTOSESSİYA
23.06.2009 - 16:34
Bu da Ronaldinyonun oğlu - FOTOSESSİYA
Məşhur braziliyalı futbolçu Ronaldinyo karyerasının heç də yaxşı günlərini yaşamır. Bir müddətdir zəif təsir bağışlayan “Milan”ın 29 yaşlı yarımmüdafiəçisi əvvəlki kimi, dillər əzbəri deyil. Buna baxmayaraq, o, yenidən yaşıl meydançalarda unudulmaz izlər buraxacağına, fanatları ələ alacağına inanır.

Dünya çempionu hazırda vaxtının çox hissəsini ailəsinə sərf edir. Onun xanımı braziliyalı rəqqasə Janaina Mendesdir. Bu cütlüyün 2005-ci il fevralın 25-də Joao adlı oğlu dünyaya göz açıb. Dünya şöhrətli futbolçunun övladı olduğunu hələ də tam dərk etməyən bu balaca oğlan qayğısız həyat sürür.

Apasport.az saytı Ronaldinyonun oğlu Joaonun şəkillərini təqdim edir.
0