FİFA hakimi: Azərbaycanla hesablaşmaq lazımdır! - FOTO
23.06.2009 - 16:49
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası ukraynalı FİFA hakimi Petr İvanovu təəccübləndirib. Apasport.az saytının məlumatına görə, Emil Cabbarovun baş məşqçisi olduğu yığmamızın İspaniyada keçirilən dünya çempionatının seçmə mərhələ oyunlarında uğurlu çıxışı ukraynalı beynəlxalq dərəcəli hakimin də marağına səbəb olub. Turnir haqda təəssüratlarını bölüşən İvanov fərqləndirdiyi milli komandalar arasında yığmamızın da adını çəkib: “Həm iştirakçıların, həm də təşkilatçılığın səviyyəsi ən yaxşı tərəfdən yadda qaldı. Oyunlar azarkeş marağı yaratdı. Pley-off oyunları zamanı tribunalar dolu idi. Belə yarışların debütantları olan Azərbaycan, Türkiyə, Rumıniya yığma komandaları oyunu ilə xoş mənada təəccübləndirdi. Bu komanda dərhal onu başa saldılar ki, onlarla hesablaşmaq lazımdır. Azərbaycan qrupdan çıxdı, Rumıniya isə İspaniyaya əsl döyüş verdi və yalnız oyunun sonunda uduzdu”.
Qeyd edək ki, İvanov turnirdə hakimimiz Zöhrab Əliyevlə birgə idarəçilik edib. O, yığmamızın görüşündə də baş hakim olub.
Qeyd edək ki, İvanov turnirdə hakimimiz Zöhrab Əliyevlə birgə idarəçilik edib. O, yığmamızın görüşündə də baş hakim olub.
0
0