“Sivasspor” klubu azərbaycanlı futbolçudan imtina etdi
23.06.2009 - 23:12
“Sivasspor” klubu azərbaycanlı futbolçudan imtina etdi
Türkiyəni Çempionlar Liqasında təmsil edəcək “Sivasspor” klubu azərbaycanlı futbolçu İlqar Qurbanovun xidmətində maraqlı deyil. Apasport.az saytının məlumatına görə, Sivas təmsilçisi 23 yaşlı yarımmüdafiəçini transferə çıxarıb. “Sivasspor” satdığı 13 futbolçunun siyahısına İlqarın da adını daxil edib. Bir sıra futbolçular transfer edən baş məşqçi Bülənt Uyğun daha iki legioner alacaq.

Qeyd edək ki, ötən mövsüm gümüş medal qazanan “Sivasspor” İlqarı 2007-ci ildə “Xəzər-Lənkəran”dan transfer edib. Ancaq Uyğun “Fənərbaxça”dan yaxşı tanıdığı Qurbanova çox az şans verdi və futbolçumuz keçən yay birinci liqa təmsilçisi “Boluspor”a icarəyə verildi. İcarə müqaviləsi bitən İlqar müqavilə ilə hələ bir il də “Sivasspor”a məxsus olduğundan geri qayıtması nəzərdə tutulmuşdu.