Yaxşı ki, Pele Azərbaycan futbolunu tanımır...
23.06.2009 - 23:21
Dünyan futbolunun canlı əfsanəsi Pele yaşıl meydanlardakı bacarığını proqnoz aləmində nümayiş etdirə bilmir. Apasport.az saytının məlumatına görə, müxtəlif vaxtlarda verdiyi açıqlamalar braziliyalının danışdıqlarının cəfəngiyat olduğunu söyləməyə əsas verir. Bunu nəzərə alan avropalı həmkarlarımız Pelenin həyatı boyu verdiyi ən axmaq proqnozların reytinq siyahısını tərtib edib.
Birinci pilləni “futbol kralı”nın 2002-ci ildə keçirilən dünya çempionatı ilə bağlı proqnozu tutub. Həmin vaxt həmvətənlərinin zəif olduğunu söyləyən Pele yığmanın qrupda qalacağını iddia edirdi. Amma komandası tarixində beşinci dəfə dünya çempionu oldu.
İkinci yeri isə Pelenin afrikalılarla bağlı açıqlaması tutub. O inkişafda olan afrikalıların 2000-ci ilə qədər dünya çempionu olacağını proqnoz etsə də, bu hələ də baş verməyib. Bu gedişlə Afrika təmsilçiləri heç çempion olmayacaq da. Nə yaxşı ki, Pele Azərbaycan yığmasını münasibət bildirəcəyi səviyyədə tanımır.
İngiltərəli yarımmüdafiəçi Nik Barmbini gənc ikən görən Pele başını itirmişdi. Kralın üçüncü yersiz ifadəsi də həmin anda səslənib: “Bu uşaq Zidan, Ronaldo və Maldiniyə çatacaq”. İngiltərə millisində cəmi 23 qarşılaşmaya çıxan Nik böyük turnirlərin final mərhələlərinə belə həsrətdir.
Üçqat dünya çempionu olan yeganə futbolçunun açıqlamalarına yer ayıran həmkarlarımız onun daha bir “qarğışını” xüsusi vurğulayır. 2002-ci ildə dünya çempionatının final oyununda Fransa ilə Argentinanın qarşılaşacağını deyən Pele hər iki yığmanın evini yıxıb. Bu komandalar həmin mundialda heç qrupdan da çıxa bilməyib.

0
0