Qus Hiddink atasını da itirdi
23.06.2009 - 19:05
Qus Hiddink atasını da itirdi
Rusiya yığmasının baş məşqçisi Qus Hiddinkin atası dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, Herhard Hendrik Hiddink ağır xəstəlikdən sonra 92 yaşında vəfat edib.

Hiddinkin atası da futbolla məşğul olub. O, uzun müddət hakimlik edib və Hollandiyanın “Vasserfelde” klubunun yaradıcılarından sayılır. Ata Hiddink bu komandanın fəxri üzvlərindən biridir.

Xatırladaq ki, məşhur holland məşqçinin anası Yo ötən ilin oktyabrında dünyasını dəyişmişdi.