“İnter”ə “Metallurq” nümunəsi
24.06.2009 - 09:48
Avropa Liqasının birinci təsnifat mərhələsində Bakının “İnter” klubunun rəqibi olan Slovakiyanın “Spartak” komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirə hazırlıq məqsədilə Avstriyada təlim-məşq toplanışı keçirən Trnava təmsilçisi Ukraynanın “Metallurq” klubu ilə görüşüb.
Son Ukrayna çempionatında 4-cü yeri tutan donetsklilərlə qarşılaşmada qələbəni ukraynalılar bayram edib – 3:2. Slovakiyalıların qollarına matçda hesabı açan Hruşka və son saniyələrdə fərqi minimuma endirən Dolejal imza atıb.
“İnter”in rəqibi yoxlama oyununda 18 futbolçunun xidmətindən yararlanıb: Kralj - Kotula (Yakubiçka, 55), Dolejal, Gueye, L.Hanzel – Duriş (Guldan, 85), Kopunek (Kopça, 70), Proxazka (Jelezník, 20), Hruşka (Tomçak, 72) – Kozux (Danilo De Oliveyra, 67), Kone (Sukennik, 67).
Qeyd edək ki, “Spartak” Avstriya toplanışına qədər Slovakiyada yerli “Trençin” (2:0) və “Luçeneç” (1:1) klubları ilə yoxlama oyunları keçirmişdi.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0