“Liverpul”un futbolçusunu mafiya ilə üz-üzə qoyan gözəlçə - FOTO
24.06.2009 - 10:13
İngiltərənin “Liverpul” klubunun bolqarıstanlı qapıçısı Nikolay Mixaylov mafiyanın “xaç atası” ilə münaqişədədir. Apasport.az saytının məlumatına görə, onun qalmaqalla üzləşməsinin səbəbkarı keçmiş sevgilisidir.
20 yaşlı Nikolay dilinin bəlasına düşüb. Hadisə belə olub: Bolqarıstan mafiyasının “xaç atası” sayılan “kəllə” ləqəbli Georgi Stoylov futbolçunun keçmiş sevgilisi Nikoletanı görüşə çağırıb. Gənc qapıçı isə bununla bağlı mətbuata açıqlama verərək, qıza sataşıb. O, əsl dostunun “Ferrari”, gözəlçənin isə sadəcə uğursuzun biri olduğunu bildirib.
Ertəsi gün Nikolayın sevimli “Ferrari”sinin üzərinə o qədər kimyəvi turşu tökülüb ki, dəyən ziyan 17 min avroya çatıb. Hüquq-mühafizə orqanları hadisənin mafiyanın törətdiyini ehtimal edirlər. Qapıçı isə qorxusundan gizlənməyə məcburdur. Çıxılmaz vəziyyətə düşən gənc futbolçu mühafizə olunur.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0