Mişel Platini “Bakı” klubunun rəhbərliyi ilə görüşdü
24.06.2009 - 10:30
UEFA prezidenti Mişel Platini “Bakı” klubunun rəhbərliyi ilə görüşüb. Apasport.az-ın klubun rəsmi İnternet saytına istinadən verdiyi məlumata görə, ötənlərin məşhur futbolçusu avrokubokların püşkatma mərasimində iştirak etmək üçün İsveçrənin Nyon şəhərinə gələn “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovla görüşüb. Komandanın sabiq vitse-prezidenti Nail Əliyev də orada olub.
Platini püşkdən sonra “Bakı”nın rəhbərliyinə çıxış edəcəkləri Çempionlar Liqası kimi mötəbər turnirdə uğurlar arzulayıb, onlarla xatirə şəkli çəkdirib. Püşkün nəticəsindən razı qalan Məmmədov bəxt amilini yüksək qiymətləndirib.
Qeyd edək ki, “Bakı” Çempionlar Liqasının ilk təsnifat mərhələsində Litvanın “Ekranas” klubunu sınağa çəkəcək.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0