Bekhemin böyük döş problemi - FOTOSESSİYA
24.06.2009 - 10:59
Bekhemin böyük döş problemi - FOTOSESSİYA
Məşhur ingilis futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem qeyri-adi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müğənni bir neçə gün öncə üçüncü dəfə cərrah stoluna uzanıb. Onun bu dəfə əməliyyat edilməsinə nəyin səbəb olduğu isə artıq məlumdur.

Məsələ burasındadır ki, Viktoriya tanınmış “Vogue” jurnalının Amerika versiyasının üz qabığına çəkilmək istəyir. Bu məqsədlə o, jurnalın rəhbəri Anna Vintoura zəng vurub və istəyini ona çatdırıb. Vintour isə müğənniyə gözlənilməz cavab verib: “Komik döşlərini kiçiltməyin vacibdir”.

Nəticədə Bekhem dərhal bıçaq altına uzanmağa razılaşıb və döşlərini kiçildib. Hazırda Viktoriya “Vogue” jurnalının rəhbərliyindən dəvət gözləyir.
0