Ronaldonun təqdimetmə mərasiminə 85 min azarkeş gəldi!
07.07.2009 - 10:03
Madridin “Real” klubu Kriştianu Ronaldonun təqdimetmə mərasimini keçirib. Apasport.az saytının məlumatına görə, dünyanın ən bahalı futbolçusu olan 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi mərasimdə məşhur argentinalı Dieqo Maradonanın rekordunu qırıb.
Belə ki, Ronaldonu izləmək üçün “Santyaqo Bernabeu” stadionuna 85 mindən çox azarkeş gəlib. İndiyədək rekord Maradonaya məxsus olub ki, onun 1984-cü ildə İtaliyanın “Napoli” klubunun futbolçusu kimi təqdim olunmasına 75 min fanat gəlibmiş. Tibbi müayinədən keçdikdən sonra “Real”ın formasında meydana çıxan Ronaldo topla bacarığını nümayiş etdirib: “Mən burada olduğuma görə çox xoşbəxtəm. Uşaqlıqdan “Real”da oynamağı arzulayırdım. İndi mənim bu arzum gerçəkləşdi”.
Qeyd edək ki, “Real” Ronaldonu “Mançester Yunayted”dən 93,4 milyon avroya transfer etməklə, onu dünyanın ən bahalı futbolçusu etdi. Bu transferin əsas təşəbbüskarı “Kral klubu”nun prezidenti postuna qayıdan Florentino Peres olub. O, braziliyalı Kaka, fransalı Kərim Benzema və ispaniyalı Raul Albiolu da alaraq, ümumilikdə yeni transferlərə 200 milyon avrodan çox pul xərcləyib.

0
0