“Qalatasaray”dan növbəti “transfer bombası”
07.07.2009 - 11:05
Yeni mövsümə hazırlaşan və braziliyalı Kassio Linkolna problemi yaranan “Qalatasaray” futbolçu axtarışlarını davam etdirir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Cim Bom” rəsmiləri artıq holland Uesli Sneyderlə böyük ölçüdə razılığa gəliblər.
“Sarı-qırmızılı” komandanın yeni baş məşqçisi Frank Raykaardın da istədiyi Sneyder üçün Futbol Şöbəsinin rəhbəri Haldun Üstünəlin İspaniyaya gedərək, Madrid “Real”ı ilə danışıqlar apardığı bildirilir.
Bəs Sneyder kimdir? 25 yaşlı yarımmüdafiəçi 5 il “Ayaks”da oynadıqdan sonra 2007-ci ildə “Real”a keçib. 2004-cü ildə vətənində ən istedadlı, 2007-ci ildə isə ən yaxşı futbolçu seçilib. “Ayaks”da forma geyindiyi müddətdə 126 görüşə 43 qol vuran holland futbolçu “Real”da 51 oyuna 13 dəfə rəqib qapıçılarını məyus edib.

- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
0
0