Türkiyəli əfsanəvi futbolçudan “Qarabağ” üçün arzuolunmaz açıqlama
07.07.2009 - 11:44
Türkiyənin əfsanəvi futbolçularından sayılan Rıdvan Dilmən “Qarabağ” klubu üçün arzuolunmaz açıqlama verib. Apasport.az saytının məlumatına görə, o, Ağdam təmsilçisinin Avroliqadakı potensial rəqibi “Rusenborq”u (Norveç) tərifləyib. “Fənərbaxça”nın sabiq ulduzu skandinaviyalıların bu il yaxşı təsir bağışladığını bildirib.
“Norveç çempionatında mübarizə aparan “Rusenborq” cari mövsümə çox yaxşı başlayıb. Xüsusilə, bu komanda Norveç çempionatının yazda başlamasından irəli gələn şansdan yaxşı yararlanır” - deyə Dilmən vurğulayıb.
47 yaşlı futbol veteranının “Rusenborq”u düzgün analiz etməsi əyani sübutunu da tapıb. O, Avroliqanın birinci təsnifat mərhələsində “Rusenborq”un səfərdə Farer adalarının “NSİ Runavik” klubuna böyük hesabla qalib gələcəyini proqnozlaşdırırmış. Hər şey Dilmənin dediyi kimi olub: norveçlilər “NSİ Runavik”in qapısından 3 cavabsız top keçiriblər. İyulun 9-da baş tutacaq cavab matçında “Rusenborq”un farerliləri yenə üstələyib, ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibinə çevriləcəyi şübhə doğurmur.

- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
0
0