“Cim Bom” yeni “10 nömrə” tapdı
07.07.2009 - 12:27
“Qalatasaray” braziliyalı oyun qurucu Kassio Linkolna əvəzləyici tapıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “Cim Bom”un yeni baş məşqçisi Frank Raykaard keçmiş komandası “Barselona”nın belaruslu yarımmüdafiəçi Aleksandr Qlebi Linkolna alternativ sayır.
“Qalatasaray”da Georgi Hacının uzun müddət sahib olduğu “10 nömrə”ni yalnız oyun qurucuları daşıyır və bu forma 28 yaşlı Qlebə verilə bilər. “Qalatasaray” Almaniyanın “Şalke” klubuna qayıdacağı gözlənilən Linkolnla 20 milyon avro qarşılığında vidalaşır. Rəhbərliyin artıq danışıqlara başladığı Qleb Raykaard “Barselona”dan gedişindən sonra, yəni ötən yay komandaya keçib. Almaniyanın “Ştutqart” klubunda parlayan belaruslu 15 milyon avroya Londonun “Arsenal” klubuna transfer olunmuş və orada üç mövsümdə yaxşı oyun göstərmişdi. Ancaq Qlebin üç titul (İspaniya çempionluğu, kuboku və Çempionlar Liqası) qazandığı “Barselona”da çıxışı çox uğursuz alındı. Xavi, İnyesta kimi yarımmüdafiəçilərin kölgəsində qalan Aleksandrı baş məşqçi Xosep Qvardiola daha çox ehtiyatda saxladı. Mövsümdə cəmi 19 oyun keçirən “Barselona”ın 19 nömrəli legioneri qol hesabı da aça bilmədi.
Qeyd edək ki, Qlebin transferinin “Qalatasaray”a 10 milyon avroya başa gələcəyi gözlənilir.

0
0