“İnter”in pulsuz oyunu
07.07.2009 - 13:01
Avroliqanın ilkin təsnifat mərhələsinin cavab görüşündə "İnter"lə qarşılaşacaq "Spartak" ölkəmizə sabah gələcək. Apasport.az saytının məlumatına görə, slovakiyalı futbolçuları gətirən təyyarənin Bakı vaxtı ilə saat 16:55-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir. Rəqib "Avropa" mehmanxanasında məskunlaşacaq. Oyun öncəsi mətbuat konfransının keçiriləcəyi yer və zaman müəyyən olunmasa da, "Spartak" futbolçularının saat 20:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqlərinə çıxacaqları dəqiqdir.
Saat 19:00-da başlayacaq oyunun hakimlər briqadası Xorvatiyadandır. Baş hakim Ante Vuçemiloviç-Simunoviçə Tomislav Şetka və Dalibor Konyar assistentlik edəcək. Dördüncü hakim İqor Krijariçdir.
Xatırladaq ki, ilk qarşılaşmada "İnter" səfərdə "Spartak"a 1:2 hesabı ilə məğlub olmuşdu. Cavab oyununda stadiona giriş pulsuz olacaq.

- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
0
0