Babək Quliyev: Ramin Musayevin acığına...
07.07.2009 - 15:00
“Növbəti mətbuat konfransı keçirməyim təxirə salınıb. Bu toplantını keçirməkdə məqsəd aclıq aksiyasına başlayacağımı bəyan etmək idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında martda hakimlikdən kənarlaşdırılan Babək Quliyev deyib.
35 yaşlı FİFA hakimi iyulun 2-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, bir həftə sonra yenidən jurnalistlərə açıqlama verəcək. Ancaq fikrindən daşınan Quliyev konfransın təxirə salınmasını belə izah edib: “Ötən həftə keçirdiyim mətbuat konfransından sonra Ramin Musayev deyib ki, Babək çoxdan aclıq etməli imiş, çünki onun çəkisi artıb. Mən də acığa bunu etmirəm. Aclıq aksiyası ilə bağlı mətbuat konfransı keçirmək fikrimdən hələ ki daşınmışam. Amma gələcəkdə hər şey ola bilər. Bu qədər danışdım, ancaq görürəm ki, heç bir reaksiya yoxdur”.
Quliyev, həmçinin bildirib ki, hələlik dövlət başçısı İlham Əliyevə də müraciət etmək fikrində deyil.

- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
0
0