Rəsmi məlumat: “Xəzər-Lənkəran” klubuna əcnəbi məşqçi gəldi!
07.07.2009 - 15:10
“Xəzər-Lənkəran” klubunda əcnəbi mütəxəssis çalışacaq. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, ukraynalı Yuri Panfilov komandanın uşaq və yeniyetmələr məktəbinin rəhbəri vəzifəsinə təyin edilib. 47 yaşlı mütəxəssis “Xəzər-Lənkəran”ın əvəzedici və aşağı yaş qrupları üzrə komandalarının fəaliyyətinə nəzarət edəcək, əsas komanda üçün ehtiyat qüvvə yetişdirməyə çalışacaq. Panfilovun qarşısına uşaq və yeniyetmə futbol məktəbində ilk növbədə məşq prosesində yenidənqurma işləri aparmaq, zəngin təcrübəsini yerli məşqçilərlə bölüşmək vəzifəsi qoyulub.
Ukraynanın müxtəlif klublarında qapıçı olmuş Panfilov futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. O, müxtəlif klublarda qapıçılarla işləyən, fiziki hazırlıq üzrə və seleksioner məşqçi vəzifələrini tutub. Ukrayna, Portuqaliya, Braziliya və Moldovada çalışmış Panfilov “Xəzər-Lənkəran”da uşaq və gənc futbolçuların yetişdirilməsi üzrə Braziliya metodikasından geniş istifadə etməyi planlaşdırır. Az müddət öncəyə kimi Moldovanın aparıcı klubu olan “Şerif”in futbol akademiyasının direktoru işləyən mütəxəssis orada olduğu kimi, ölkəmizdə də öz bacarığını göstərməlidir.
Qeyd edək ki, Panfilov klubun vitse-prezidenti İqor Ponomaryov və onun köməkçisi Tuyqun Nadirovla Lənkərana yollanıb. Yeni mütəxəssis orada yerli məşqçilərə və gənc futbolçulara təqdim olunub.

0
0