Ramal Hüseynovun işi asanlaşdı
08.07.2009 - 10:50
Ramal Hüseynovun Türkiyənin “Kocaelispor” klubunda işi asanlaşıb. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisi ilə üç illik müqavilə imzalamaqla keçidini rəsmiləşdirən 25 yaşlı yarımmüdafiəçimizin əsas heyətdə yer almaq şansı yüksəlib. Onun yarımmüdafiənin sağ cinahında rəqabət apardığı Sərkan Yanık “Kocaelispor”da ayrılmaq qərarına gəlib. Son anda bu fikrə gələn Sərkan izmitlilərin Bank Asiya birinci liqada rəqibi “Bucaspor”a keçib. O, yeni klubu ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Hüseynov “Kocaelispor”un mövsümlərarası fasilədə ikinci legioner transferi olub. “Bakı” ötən qış izmitlilərə yarım illik icarəyə verdiyi futbolçunu bu dəfə sərbəst buraxıb. Ramal ötən mövsüm “Kocaelispor”da cəmi bir oyun keçirib. O, son turda “Hacettepe” klubunu böyük hesabla məğlub etdikləri (4:0) görüşdə 78 dəqiqə meydanda olub və bir qol vurub.

0
0