“İnter” və “Simurq”: Davam, yoxsa tamam?
08.07.2009 - 12:02
Sabah Avroliqada birinci təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, təkrar oyunlar ölkəmizi bu turnirdə təmsil edən “İnter” (Bakı) və “Simurq” (Zaqatala) klublarının da taleyinə aydınlıq gətirəcək.
Hər iki komandamız ilk matçlarında minimal hesabla uduzsalar da, vəziyyət fərqlidir. Çünki “Simurq” rəqibinə evdə, “İnter” səfərdə yenilib. Üstəlik, bakılılar səfərdə vacib olan qolu vurub ki, bu da mərhələ adlamaq baxımından çox vacibdir. Yəni, bakılılara ikinci təsnifat mərhələsinə yüksəlmək üçün 1:0 hesablı qələbə də yetərlidir. Bu halda hesab bərabərləşəcək və rəqib meydanında vurulan qol sayəsində “bankirlər” mübarizəni davam etdirəcək.
Ötən mövsüm komandanın bombardiri olan uruqvaylı hücumçu Valter Quqlemonun qayıdışı da “Spartak” səddini keçməyə böyük ümid yaradır. 31 yaşlı cənubi amerikalı Trnavadakı ilk görüşü cəza ucbatından kənardan izlədi. İndi Quqlemon hücumda həmyerlisi Anhel Qutyerreslə birgə duet təşkil edəcək. Slovakiyada “qayçıvari” zərbə ilə baxımlı qola imza atan Anhel “İnter”in yeni transferidir və debütdə fərqlənməyi bacardı.
Gürcü mütəxəssis Kaxaber Sxadadzenin çalışdırdığı komandada əsas problem arxa xətlə bağlıdır. Milli komandamızın da şərəfini qoruyan ukraynalı müdafiəçi Vladimir Levin zədə səbəbdən “Spartak”la hər iki oyunu buraxmağa məcburdur. Serbiyalı Qoran Arnautla braziliyalı Danillo Assiolidə də zədə problemi var.
Ukraynalı mütəxəssis Roman Pokoranın çalışdırdığı “Simurq” mərhələ keçmək üçün iki top fərqi ilə qələbə qazanmalıdır. Zaqatala təmsilçisi yollarını ayırdığı gürcü yarımmüdafiəçi Qriqol Dolidze istisna olmaqla, UEFA-ya göndərdiyi iştirak ərizəsində bütün futbolçuları İsrailə aparıb. Ötən həftə “Simurq”un oyunu bitəndən 15 dəqiqə sonra “İnter”in görüşü başlamışdısa, bu dəfə əskinə olacaq. “İnter”in də “Simurq” kimi Tofiq Bəhramov adına Respublika stadionunda oyununa giriş pulsuzdur.
Qeyd edək ki, sabah eyni zamanda klublarımızın potensial rəqiblərinə aydınlıq gələcək. Ölkə kubokunun sahibi olduğu üçün Avroliqada mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq “Qarabağ”ın Norveçin “Rusenborq” klubu ilə görüşəcəyi şübhə doğurmur. Farer adalarının “NSİ Runavik” klubunu səfərdə böyük hesabla yenən (3:0) Oslo təmsilçisinə mərhələ adlamağı evdə rəsmiləşdirmək qalır. “Simurq” ikinci mərhələyə çıxarsa, “Dinaburq” (Latviya) – “Kalyu” (Estoniya) cütünün qalibi ilə qüvvəsini sınayacaq. Sabah səfərdə oynayacaq latviyalılar evdə 2:1 hesabı qalib gəlib. “İnter”in ikinci təsnifat mərhələsində rəqibi isə hələ püşkatma zamanı məlum idi. Bu, Bosniya və Herseqovinanın “Slaviya” klubudur.
9 iyun
19.00. “İnter” (Azərbaycan) – “Spartak” (Slovakiya)
Hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Tomislav Şetka, Dalibor Konçar, İqor Krıjariç (hamısı Xorvatiya)
Hakim-inspektor: Kosimo Bolognino (İtaliya)
UEFA nümayəndəsi: Joel Volf (Lüksemburq)
İlk oyun – 1:2
21:00. “Bney Yehuda” (İsrail) – “Simurq” (Azərbaycan)
Hakimlər: Radek Priqoda, Lyudek Lqodak, İvan Teuber, Roman Hrubeş (hamısı Çexiya)
Hakim-inspektor: Yuri Dupanau (Belarus)
UEFA nümayəndəsi: Karmelo Bartolo (Malta)
İlk oyun – 1:0

0
0