“Neftçi” klubunun sabiq baş məşqçisi: ...marixuana çəkmişdim
08.07.2009 - 13:06
“Yenidən işləyə bildiyim üçün çox xoşbəxtəm. Hər gün səbirsizliklə məşqləri, futbolçularla görüşü gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.
Vətənində ikinci divizionda mübarizə aparan “Viktoriya Jijkov” klubunda yenicə işə başlayan 56 yaşlı çexiyalı mütəxəssis sevimli işinə qayıtdığı üçün çox sevinir. Ötən il Praqada Ruhi-Əsəb Xəstəxanalarının birində müalicə kursu keçən Petrjela narkoman olduğunu etiraf etmişdi. O, budəfəki hisslərini narkomanlara bağlı bir şeylə müqayisə edib: “İlk məşqdən gələndən sonra elə eyforiyada idim ki...Bunu təsvir etmək qeyri-mümkündür. Elə bil marixuana çəkmişdim”.
Qeyd edək ki, Petrjela “Neftçi”də 4 ay çalışıb.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0