“Qarabağ” 3 top buraxıb uduzur, futbolçusu oyundan razı qalır
08.07.2009 - 14:26
“Artıq 3 ildir əsas komandanda oynayıram. Komandamızın əksər üzvləri məndən çox böyük olsa da, indi həmyaşıdım olan bir qrup futbolçu var. Onlarla yığmada da çıxış etdiyimdən bir-birimizi yaxşı başa düşürük”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev klubun rəsmi saytına açıqlamasında deyib.
Azərbaycanın 21 yaşlılardan da ibarət yığmasında da oynayan 20 yaşlı futbolçu Türkiyədə təlim-məşq toplanışı çərçivəsində Superliqa təmsilçisi “Ankaragücü” ilə yoxlama matçında (1:3) göstərdikləri oyundan razı qalıb: “Çox gənc komandamız var. Hamı bir-biri ilə əla anlaşır. “Ankaragücü”nə məğlub olsaq da, əla oynadıq. Sanki, özümü “Barselona”nın bir parçası kimi hiss edirdim. “Rusenborq”la və çempionatda belə oynasaq, o zaman bizimlə mübarizə aparmaq çox çətin olacaq”.

0
0