“Simurq” klubunun prezidenti: Mazyar yıxılanda qorxdum ki...
08.07.2009 - 15:39
“Növbəti mərhələyə yüksələcəyimizə inanıram. Çünki komandamız Bakıda öz oyununu tam göstərə bilmədi. İnşallah, İsraildə bunun əvəzini çıxacağıq”. Bunu apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.
Avroliqanın ilk matçında Bakıda İsrail təmsilçisi “Bney Yehuda”ya uduzan (0:1) bürünc mükafatçımız sabah Təl-Əvivdə çətin vəzifənin öhdəsindən gəlməlidir. “Simurq” ən pis halda rəqibin nəticəsini təkrarlayıb, oyunu əlavə vaxta aparmalıdır. Məmmədov cavab görüşündə qələbəyə kökləndiklərini söyləyib: “İsraildə yüz faiz başqa cür olacaq. Evdə uduzsaq da, növbəti mərhələyə çıxmaq şansımız azalmayıb. Səfərdə daha yaxşı oyun nümayiş etdirib, potensialımızı göstərməliyik. İlk oyunda zədə səbəbindən ehtiyatda qalan əcnəbi hücumçular – ukraynalı Vladimir Mazyarla moldovalı Aleksandr Popoviçin də xidmətindən yararlana biləcəyik. Mazyar son məşqdə yıxılanda qorxdum ki, birdən yenidən zədələnər. Ancaq belə problem olmadı və hücumçu ayağa qalxdı”.
Avrokuboklarda debüt edən “Simurq” kollektivi növbəti mərhələyə keçəcəkləri halda mükafatlandırılacaq. Ancaq prezident qoyduqları mükafatın məbləğini açıqlamağı lazım bilmədi: “Əlbəttə, bu, bir sirr kimi qalsa, daha yaxşı olar. Deməzdim ki, daxili yarışlarla müqayisədə məbləğ bir o qədər fərqlidir. Ancaq hər halda, fərq var. Elə vaxtlar olub ki, oyuna mükafat elan olunmayıb. Ancaq futbolçularımızın hamısı bilir ki, nəticə qazansalar, əməklərini mütləq qiymətləndirəcəyik”.
Qeyd edək ki, “Bney Yehuda” – “Simurq” oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0
0