Böyükağa Ağayev Hans-Yurgen Gedeyə qarşı
08.07.2009 - 17:15
Böyükağa Ağayev Hans-Yurgen Gedeyə qarşı
İyulun 6-dan etibarən Türkiyənin İzmit şəhəri yaxınlığındakı Kartəpədə təlim-məşq toplanışı keçən “Neftçi”də iki futbolçu baxışdadır. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, estoniyalı Taavi Rahn və rumın dayaq yarımmüdafiəçisi Leonard Naydin sınaqdan keçirilir.

Naydin bu ilin yanvarında da flaqmanda baxışda olub. Lakin “Neftçi”nin o vaxtkı baş məşqçisi Hans-Yurgen Gede rumıniyalı futbolçunun xidmətində maraqlı olmamışdı. Lakin indiki baş məşqçi Böyükağa Ağayev Naydini bir daha sınamaq qərarına gəlib.

“Neftçi” iyulun 12-dək gündə iki dəfə məşq edəcək. İyulun 13-də isə komanda yoxlama oyununda qüvvəsini sınayacaq.