“Anderlext”də oynamış futbolçu “Xəzər-Lənkəran”a gəldi
08.07.2009 - 17:22
“Xəzər-Lənkəran”ın düşərgəsinə daha üç legioner baxışa gəlib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Ağasəlim Mircavadov bu gün Superliqa təmsilçisi “Eskişəhərspor”la yoxlama oyununda bu futbolçuları sınaqdan keçirəcək. Bunlar arasında daha tanınmışı Moldova yığmasının futbolçusu Denis Kolinkovu saymaq olar.
1,69 metr boya malik 24 yaşlı Denis orta sahədə də çıxış edir. Futbolçu karyerasına 2001-ci “Zimbru” klubunda başlayıb və ardından dörd il ölkədən kənarda oynayıb. O, Belçikada “Anderlext”, Hollandiyanın “Herenven” və “Herakles” klublarında yer alıb. Ötən il vətəninə qayıdan Kolinkov “Akademiya” klubunda çıxış edir. Moldovalı son 6 ildə cəlb olunduğu milli komandasında keçirdiyi 7 oyunda 1 qol vurub.

0
0