Karol Peçe Bakıya hansı məqsədlə gəlib?
08.07.2009 - 21:09
“İlk oyunda rəqibi məğlub etdiyimizdən Bakıya üstün durumda gəlmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri avroliqanın ilkin təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan Trnavanın “Spartak” klubunun baş məşqçisi Karol Peçe deyib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandıran Peçe bildirib ki, məqsədləri növbəti mərhələyə yüksəlmək olsa da, komandasını çətin oyun gözləyir: “Biz öz meydanımızda “İnter”dən daha yaxşı oynadıq. Qeydə alınan 2:1 də ədalətli nəticə idi. Amma növbəti mərhələyə yüksəlmək üçün bizi sabah çətin qarşılaşma gözləyir”.
Qeyd edək ki, Trnavada keçirilən ilk oyunda “Spartak” 2:1 hesablı qələbə qazanıb.

0
0