Qay Luzon: Hələ vəsiqə qazanmamışıq
08.07.2009 - 23:11
Qay Luzon: Hələ vəsiqə qazanmamışıq
"Məqsədimiz qələbə qazanmaq və mərhələ adlamaqdır”. Apasport.az saytının məlumatına görə, bunu İsrailin “Bney Yehuda” klubunun baş məşqçisi Qay Luzon deyub.

Avroliqanın ilkin təsnifat mərhələsində bu gün Zaqatalanın “Simurq” klubu ilə görüşəcək Təl-Əviv təmsilçisinin çalışdırıcı bildirib ki, rəqiblə müqayisədə müəyyən üstünlüyə malikdirlər: “Hələlik ikinci mərhələyə yüksəlməsək də, müəyyən üstünlüyümüz var. Bakıda yaxşı oyun göstərib qələbə qazandıq. Bu günkü oyunda daha yaxşı futbol sərgiləməyə çalışacağıq".
0