“Bakı” Sloveniyanı qələbə ilə tərk edir
09.07.2009 - 09:47
“Bakı” Sloveniyanı qələbə ilə tərk edir
“Bakı” Sloveniyadakı hazırlıq prosesini qələbə ilə başa vurub. Apasport.az saytının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək bakılılar “Sibaliya”nı (Xorvatiya) 4:2 hesabı ilə məğlub edib.

Komandamızın baş məşqçisi Qyoko Hacıyevski əsas heyətdə Marko Şarliya, Aleksey Savinov, Barboza, Stevan Bates, Vadim Borets, Ernad Skuliç, Fabio Luis Ramim, Aleksandar Soliç, Bəxtiyar Soltanov, Feliks Felipe və Georgi Adamiyanı meydana buraxıb. “Bakı”nın Nalçik “Spartak”ından icarəyə götürdüyü Feliks 12-ci dəqiqədə hesabı açıb. Bundan 15 dəqiqə sonra Fabio hesab arasındakı fərqi 2:0-a çatdırıb. Xorvatlar bunun əvəzini çıxsa da, fasiləyə az qalmış Bəxtiyar hesab arasındakı fərqi yenidən iki topa çatdırıb.

Fasilədə heyətdə ciddi dəyişiklər edən Hacıyevski ikinci hissədə Rafael Əmirbəyov, Amiran Muciri, Fernando Peres, Aleksandr Tamaş, Vilyam Roşa Batista, Mahmud Qurbanov, Saşa Yunisoğlu, Əhməd Ticani və Elvin Əliyevə şans verib. Rəqib 65-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirsə də, “Bakı” bundan əvvəl Sloveniyanın “Aluminij” klubunu olduğu kimi 4:2 hesabı ilə məğlub edib. Komandamızdan sonuncu qolun müəllifi Batista olub.

Qeyd edək ki, “Bakı” Sloveniyanın Ptuj şəhərindəki təlim-məşq toplanışında 6 yoxlama oyunu keçirib. Ölkə çempionumuz ilk 4 görüşdə Avstriyanın “Kapfenberq” klubuna uduzub (1:2), Xorvatiya təmsilçilərindən “Riyeka”nı məğlub (2:1), “Hayduk” ilə heç-heçə (1:1), Sloveniya “Olimpiya”sını darmadağın edib (4:0).
0