“Qalatasaray”ın yeni kapitanı – FOTO
10.07.2009 - 15:39
“Qalatasaray”ın yeni kapitanı – FOTO
İstanbulun “Qalatasaray” klubunun yeni kapitanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bundan sonra “Cim Bom”da kapitan sarğısını Arda Turan daşıyacaq.

Klubun Futbol Şöbəsinin məsulu Haldun Üstünəl deyib ki, kapitanlıqla yanaşı, 10 nömrəli forma da Ardaya verilib: “O, hamı tərəfindən sevilir. Xarizması və yaxşı keyfiyyətlərə malik futbolçudur. Bundan başqa hər kəslə əla ünsiyyət yaratmağı bacarır. Onun kapitan olması xəbərini futbolçular da yaxşı qarşıladılar”.

Qeyd edək ki, öncə “Qalatarasay”ın kapitanı Ümit Karan idi.
0