Ağasəlim Mircavadov: 3-4 yeni futbolçuya ehtiyacımız var
10.07.2009 - 18:12
Ağasəlim Mircavadov: 3-4 yeni futbolçuya ehtiyacımız var
“Xəzər-Lənkəran”ın braziliyalı futbolçusu Dieqo Souza komandanın Türkiyədəki təlim-məşq toplanışına qatılıb. Apasport.az saytının məlumatına görə, zədəsinin müalicəsi ilə əlaqədar hazırlıq prosesinə gec qatılan 20 yaşlı yarımmüdafiəçi artıq Boludadır və məşq prosesində iştirak edib.

Gündə iki dəfə olmaqla məşqlərini davam etdirən “Xəzər-Lənkəran” növbəti yoxlama oyununu iyulun 14-də birinci liqa təmsilçisi “Samsunspor”la keçirəcək. Komandanın baş məşqçisi bu görüşdə daha 4-5 futbolçunu sınaqdan keçirəcək. Mircavadovun sözlərinə görə, yarımmüdafiə və hücum xətti bir qədər gücləndirilməlidir və bundan ötrü 3-4 futbolçuya ehtiyac var.

Qeyd edək ki, hazırda “Xəzər Lənkəran”ın heyətində 17 futbolçu var. Əzələsini dartan gənc Kazım Kazımlı artıq geri qayıdıb və hazırda müalicə olunur. “Kasımpaşa” ilə yoxlama oyununda burnu sınan bolqar hücumçu İvan Svetkov isə Serbiyanın paytaxtı Belqrada şəxsi həkiminin yanına müalicəyə yollandığı olduğu üçün hələ də düşərgədə deyil.
0