"Karvan"da yeni futbolçular
10.07.2009 - 23:09
"Karvan"da yeni futbolçular
"Karvan" iyulun 16-dək Bakıda olacaq. Bir həftəyə yaxındır paytaxtdakı bazasında yığışan komandanın yenilənmək üzrədir. Apasport.az saytının məlumatına görə, aparıcı futbolçuların əksəriyyəti özlərinə yeni məkan tapıblar, qalanlar isə Aleksandr İntskirveli, Əziz Quliyev və Ernani Pereyradır. Aqil Məmmədov karyerasını bitirmək fikrinə düşsə də, Yunis Hüseynov onu yenidən öz sərəncamında görmək istəyir. "Qəbələ"yə lazım olmayan Samir Zərgərov da düşərgədədir. Bəşir Müqədi və Yakuba Bambanın geriyə qayıdacağı ilə bağlı xəbərləri isə baş məşqçi təkzib edir. Yunis bəyin dediyinə görə, adlarını çəkilən legionerlərlə münasibətini saxlasa da, onların dönüşündən söhbət getmir.

O, "Heftçi"nin gənclərindən İzzətəli Süleymanov, Emin Cəfərquliyev, Cavid İmamverdiyev və Rəşad Hüseynovu icarəyə götürdüklərini söylədi. Hər gün müxtəlif oyunçularla danışdığını deyən Hüseynov seleksiya fəaliyyətini Türkiyədə daha da sürətləndirəcəyini vurğuladı. Daxili bazarda "qıtlıq" yarandığı üçün yevlaxlılar heyətdə yaranan boşluqları legionerlərin hesabına dolduracaq.
0