“Bakı”ya qarşı 2 yeni futbolçu
11.07.2009 - 11:55
Çempionlar Liqasının II təsnifat mərhələsində “Bakı” klubu ilə oyuna hazırlaşan Litvanın “Ekranas” komandası heyətini 2 futbolçu ilə gücləndirib. Lent.az-ın Litva klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Ekranas” müdafiəçi Andryus Şidlauskas və yarımmüdafiəçi Darko Arandeloviçyusla müqavilə bağlayıb.
Şidlauskasla yarım il, Arandeloviçyusla isə sonradan 1 il də uzadıla bilmək şərtilə 1 illik anlaşma əldə edilib. Klub rəsmiləri litvalı Andryusu sürətli, yüksək fiziki hazırlıqlı və sərt oyuna meylli müdafiəçi kimi dəyərləndiriblər. Serbiyalı Darko isə texnikalı oyunçu qismində qələmə verilib.
1,81 metrlik boya malik Arandeloviçyus Slovakiyanın ikinci liqasında çıxış edən "Podbrezova" komandasından alınıb. Şidlauskas isə yarım il Belarusun “Qranit” komandasında çıxış etdikdən sonra geri qaytarılıb.
Qeyd edək ki, “Bakı” “Ekranas”la ilk görüşünü iyulun 14-də səfərdə keçirəcək. Cavab matçı isə bundan bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

0
0