“Bakı” Barbosa problemini yoluna qoydu
11.07.2009 - 23:00
“Bakı” Barbosa problemini yoluna qoydu
Azərbaycan çempionu “Bakı” Sloveniyada təlim-məşq toplanışını başa vurub.apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi bu gün Litvaya səfərə çıxacaq. Komanda Çempionlar Liqasında “Ekranas”la oyun öncəsi iştirak ərizəsinə daha bir futbolçu cəlb edib. Bu, yeni transfer Mendes Barbosadır. Braziliyalının transfer vərəqi dünən “Bakı”ya çatdığından onun adı UEFA-ya göndərilib.
Xatırladaq ki, “Bakı” “Ekranas”la ilk oyununu iyulun 14-də keçirəcək.
0