“Neftçi” baxışa gələn holland futbolçunun saxlayacaqmı?
11.07.2009 - 23:11
“Neftçi” baxışa gələn holland futbolçunun saxlayacaqmı?
Türkiyədə yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin məşqləri əvvəlki proqram üzrə keçirilir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi köməkçisi Covanni Melkiorrenin rəhbərliyi altında trenajor zalında fitness və aerobika ilə məşğul olan futbolçular axşam məşqini ikitərəfli oyunla başa vurdular. Baxışda olan futbolçuların hamısı - Leonard Naydin, Taavi Rahn, Pavel Xarçik də bu oyunda iştirak etdilər.

Baş məşqçi onlar haqda yekun qərar verməyə tələsmir. Hazırlığa isə daha bir futbolçu qoşulub. Bu yoxlama məqsədilə heyətə cəlb edilən hollandiyalı Angelo Martadır. Əslən Holland Antiquasından olan futbolçu Karib Hövzəsi dövlətinin yığma komandasının da şərəfini qoruyur. Mərkəz müdafiəçisi mövqeyində oynayan Martanın son klubu Hollandiya Güclülər Dəstəsində iştirak edən "Villem 2" olub.
0