“Azərbaycanda bizi çətin oyun gözləyir”
11.07.2009 - 23:18
“Azərbaycanda bizi çətin oyun gözləyir”
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv 2010-cu il dünya çempionatına vəsiqə qazanma şanslarının oktyabrın 10-da Rusiya ilə keçirəcəkləri 4-cü seçmə qrupun oyunundan asılı olduğu haqda fikirlərə münasibətini açıqlayıb. Lent.az-ın “Kicker.de”yə istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssis Rusiya ilə oyunadək “Bundestim”i Azərbaycan yığmasına qarşı iki mühüm görüşün gözlədiyini bildirib.

Lövün fikrincə, yığmamızla görüşlərdə xal itirməməlidirlər: “Azərbaycanla Bakıda keçirəcəyimiz ilk oyun Bundesliqanın yenicə start götürəcəyi vaxta təsadüf edəcək. Həmin vaxt oyunçularım hələ lazımi oyun ritmində olmayacaqlar. Üstəlik, isti ölkəyə uzun yol qət edəcəyik. Kifayət qədər çətin oyun olacaq. Sentyabrın 9-da isə bu komandanı öz meydançamızda qəbul edəcəyik. Oktyabrda Rusiya ilə keçirəcəyimiz oyundan öncə Azərbaycanla qarşılaşmalara köklənməliyik”.
0