MOİK “Qarabağ”la heç-heçə oynadı
11.07.2009 - 22:38
MOİK “Qarabağ”la heç-heçə oynadı
Azərbaycan futbol çempionatının yeni mövsümünə hazırlaşan Mərkəzi Ordu İdman Klubu (MOİK) bu gün növbəti yoxlama matçını keçirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Ramil Əliyevin rəhbərlik etdiyi kollektiv “Qarabağ”ın əvəzedici heyəti ilə qarşılaşıb.

“Şəfa” stadionunda keçirilən matç heç-heçə nəticələnib – 0:0. MOİK-in məşqçilər korpusu bu oyunda yeni futbolçuları sınaqdan keçirib. Bu, mövsümlərarası fasilədə ordu klubunun 4-cü yoxlama görüşü idi. Bundan öncə “hərbçilər” “Muğan”la da qolsuz bərabərə qalmışdı. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası (3:2), eləcə də “Muğan”ın əvəzedici heyətləri (1:0) üzərində isə qələbə qazanılıb.

Ordu klubu iyulun 15-də növbəti mövsümdə birinci divizionun debütantı olacaq “Neftçi” İSM-lə qarşılaşacaq.
0