Yığmamızın futbolçusu “Konyaspor”la anlaşdı
12.07.2009 - 14:47
Yığmamızın futbolçusu “Konyaspor”la anlaşdı
Azərbaycan yığmasının futbolçusu Daniel Axtyamov karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, rusiyalı hücumçu Bank Asiya birinci liqasında mübarizə aparacaq "Konyaspor"un maraq dairəsinə düşüb.
Axtyamov artıq konyalıların düşərgəsindədir. Yığmamızın üzvü klub rəhbərliyi ilə müqaviləylə bağlı bütün məsələləri razılaşdırıb və daha sonra komandanın məşqlərinə qatılıb. Onun Türkiyədə qalıb-qalmayacağı yaxın günlərdə bəlli olacaq.
0