“Ekranas” – “Bakı” oyunu “İdman-Azərbaycan”da!
13.07.2009 - 09:38
“Ekranas” – “Bakı” oyunu “İdman-Azərbaycan”da!
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan çempionu "Bakı" sabah Litvada "Ekranas"la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Panevejis şəhərində keçiriləcək oyun yerli Lietuvos RytasTV (www.5kanalas.lt) kanalı ilə canlı yayımlanacaq. Bu oyuna isə azarkeşlər ölkəmizdə “İdman-Azərbaycan” kanalı ilə baxa biləcəklər.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunu isveçrəli hakimlər briqadası idarə edəcək. Baş hakim Saşa Kever, onun köməkçiləri isə Devis Dettamanti və Sandro Pozzidir. Dördüncü hakim Daniel Vermelingerdir.
0