“Neftçi” klubunun bombardir transferi
13.07.2009 - 10:12
“Neftçi” klubunun bombardir transferi
“Neftçi” daha bir futbolçunun transferini reallaşdırıb. Klubun mətbuat katibi Səbuhi Səfiyarlının apasport.az saytına verdiyi məlumata görə, flaqman “İnter”in üzvü Valter Quqlemonu heyətinə qatıb.

Ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olan uruqvaylı hücumçu Avroliqada uğursuz çıxışdan sonra “İnter”dən qovulub. Belə olan halda, legioner karyerasını “Neftçi”də davam etdirmək qərarına gəlib.

31 yaşlı Quqlemon artıq Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi"nin düşərgəsinə qoşulub.
0