AFFA növbəti meydançanı istismara verir
13.07.2009 - 11:15
AFFA növbəti meydançanı istismara verir
AFFA tərəfindən inşa olunmuş süni örtüklü növbəti meydança istismara verilir. Apasport.az-ın qurumun rəsmi İnternet saytına istinadən məlumatına görə, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 577-ci məhəllədə tikilmiş meydançanın açılışı sabah olacaq.

Tədbirdə AFFA nümayəndələri iştirak edəcəklər. Açılış mərasimindən sonra məhəllə komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Yoldaşlıq görüşündə qarşılaşacaq komandalara AFFA-nın hədiyyələri təqdim olunacaq.
0