“Bakı”nın start heyəti müəyyənləşdi
13.07.2009 - 11:33
“Bakı”nın start heyəti müəyyənləşdi
Çempionlar Liqasında Azərbaycanın yeganə təmsilçisi “Bakı”nın sabah Litvada yerli “Ekranas”la keçirəcəyi oyun üçün start heyəti müəyyənləşib. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Qyoko Hacıyevski məlumat verib. Lakin makedoniyalı mütəxəssis ilk “11-lik”də kimlərin yer alacağını açıqlamayıb.

“Start heyətini özüm üçün müəyyənləşdirmişəm. İlk dəqiqələrdən hansı futbolçuları mübarizəyə qoşacağımı mətbuata deyə bilmərəm. Çünki əks düşərgə bu informasiyadan yararlana bilər” - deyə Hacıyevski vurğulayıb.

Qeyd edək ki, Çempionlar Liqası ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Ekranas” - “Bakı” oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
0