“Bakı” - “Ekranas” matçı uğursuz hakimlərə tapşırıldı
13.07.2009 - 16:44
“Bakı” - “Ekranas” matçı uğursuz hakimlərə tapşırıldı
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə “Bakı”nın oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, paytaxt klubunun Litva “Ekranas”ı ilə matçı belçikalı ədalət təmsilçilərinə tapşırılıb.

İyulun 21-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start fitini Serj Qümyenni çalacaq. Ona Mark Simons və Qreqori Kretto yardım edəcək. Dördüncü hakim funksiyasını Jeri Van de Velde yerinə yetirəcək. Bundan başqa, Fransadan hakim-inspektor Mişel Votro və Serbiyadan UEFA nümayəndəsi Miloş Markoviç də Bakıya təşrif buyuracaq.

Qeyd edək ki, Serj Qümyenni azərbaycanlı futbol azarkeşlərinə tanışdır. Məhz o, bu il martın 28-də Moskvada dünya çempionatının seçmə qrup mərhələsində keçirilmiş Rusiya - Azərbaycan (2:0) görüşünü idarə edib. Həmin vaxt Mark Simons da yan xətt hakimi qismində təyinat almışdı.
0