“Qarabağ” Norveçə səs saldı
17.07.2009 - 02:12
“Qarabağ” Norveçə səs saldı
Bu gün Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində 38 matç baş tutacaq. Apasport.az saytının məlumatına görə, Norveçdə “Rusenborq”un qonağı olan Azərbaycan kubokunun sahibi “Qarabağ”la yanaşı, Türkiyənin ən titullu klubu “Qalatasaray” da mübarizəyə qoşulacaq. “Cim Bom” ilk oyununu Qazaxıstanda “Tobol”a qarşı keçirəcək.

Apasport.az saytı Avroliqanın bütün oyunlarının nəticələrini onlayn təqdim edəcək. Bundan başqa saat 22:00-da start götürəcək “Rusenborq” - “Qarabağ” matçında vurulan qollar, ən maraqlı hadisələr, oyunsonrası baş məşqçilərin fikirləri ilə saytımız vasitəsilə tanış ola bilərsiniz.

Avroliqa, ikinci təsnifat mərhələsi, ilk oyunlar

22:00 “Rusenborq” (Norveç) - “Qarabağ” (Azərbaycan) - 0:0
Tronheym. “Lerkendal” stadionu.
Baş hakim: Dimitar Metskarovski (Makedoniya)

“Rusenborq”: 12. Yarştein, 2. Lutiq, 3. Dorsin, 4. Annan, 7. Olsen, 10. Tetley, 13. Stadsgaard, 14. İversen, 15. Skjelberd, 18. Lago, 30. Prica

“Qarabağ”: 1. Fərhad Vəliyev, 2. Elnur Allahverdiyev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 8. Aslan Kərimov, 9. Elvin Məmmədov, 10. Emin İmaməliyev, 16. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 20. Vaqif Cavadov, 24. Admir Teli

“Qarabağ” istəyinə çatdı. Qurban Qurbanovun komandası Norveçdə inamlı təsir bağışlamaqla, vacib nəticə qazandı. Cütün favoriti meydan sahibləri olsa da, “Rusenborq” lazım olan qolu vura bilmədi. Qapısının toxunulmaz saxlamağı bacaran Ağdam təmsilçisi növbəti mərhələyə yüksəlmək şansını saxladı. Bunu üçün komandamıza iyulun 23-də Bakıda keçiriləcək cavab matçında istənilən hesablı qələbə lazımdır.

DİGƏR OYUNLARIN NƏTİCƏLƏRİ

19:00 “Zestafoni” (Gürcüstan) - “Helsinqborq” (İsveç) - 1:2
20:00 “Milano” (Makedoniya) - “Slaven” (Xorvatiya) - 0:4
20:00 “Naftan” (Belarus) - “Gent” (Belçika) - 2:1
20:30 “Flamurtari” (Albaniya) - “Motervell” (Şotlandiya) - 1:0
20:30 “Jilina” (Slovakiya) - “Daçiya” (Moldova) - 2:0
21:00 “Dinamo” (Minsk, Belarus) - “Tromse” (Norveç) - 0:0
21:00 “Honka” (Finlandiya) - “Banqor Siti” (Uels) - 2:0
21:00 “Metallurq” (Latviya) - “Dinamo” (Tiflis, Gürcüstan) - 2:1
21:00 “Sevoyno” (Serbiya) - “Kaunas” (Litva) - 0:0
21:30 “Zimbru” (Moldova) - “Pakuş de Ferreyra” (Portuqaliya) - 0:0
21:30 “Metallurq” (Donetsk, Ukrayna) - MTZ-RİPO (Belarus) - 3:0
21:30 “Tobol” (Qazaxıstan) - Qalatasaray” (Türkiyə) - 1:1
21:45 “Skonto” (Latviya) - “Derri Siti” (İrlandiya) - 1:1
22:00 “Bney Yehuda” (İsrail) - “Dinaburq” (Latviya) - 4:0
22:00 “Anortosis” (Kipr) - OFK (Çernoqoriya) - 2:1
22:00 “Çerno More” (Bolqarıstan) - “İskra-Stali” (Moldova) - 1:0
22:00 “Elfsborq” (İsveç) - “Haladaş” (Macarıstan) - 3:0
22:00 “Siqma” (Çexiya) - “Fram” (İslandiya) - 1:1
22:00 “Suduva” (Litva) - “Randers” (Danimarka) - 0:1
22:00 “Vetra” (Litva) - HİK (Finlandiya) - 0:1
22:15 “Rapid” (Avstriya) - “Vlajniya” (Albaniya) - 5:0
22:15 “Şturm” (Avstriya) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) - 2:1
22:30 “Olborq” (Danimarka) - “Slaviya” (Bosniya və Herseqovina) - 0:0
22:30 “Bazel” (İsveçrə) - “Santa Koloma” (Andorra) - 3:0
22:30 “Omoniya“ (Kipr) - “Torshavn” (Farer adaları) - 4:0
22:30 “Styaua” (Rumıniya) - “Uypeşt” (Macarıstan) - 2:0
23:00 “Differdanj” (Lüksemburq) - “Riyeka” (Xorvatiya) - 1:0
23:00 “Novo Qoritsa” (Sloveniya) - “Lahti” (Finlandiya) - 1:0
23:00 “Legiya” (Polşa) - “Olimpi” (Gürcüstan) - 3:0
23:00 “Rudar” (Sloveniya) - “Srvena Zvezda” (Serbiya) - 0:1
23:05 “Bröndbü” (Danimarka) - “Flora” (Estoniya) - 0:1
23:15 “Sarayevo” (Bosniya) - “Spartak” (Slovakiya) - 1:0
23:30 “Falkirk” (Şotlandiya) - “Vaduts” (Lixtenşteyn) - 1:0
23:30 “Yuvenes Doqana” (San-Marino) - “Poloniya” (Polşa) - 0:1
23:45 “Breda” (Hollandiya) - “Qandzasar” (Ermənistan) - 6:0
23:45 “Sent Patriks”(İrlandiya) - “Valletta” (Malta) - 1:1
00:15 “Reykyavik” (İslandiya) - “Larisa” (Yunanıstan)- 2:0

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə götürülüb. Avroliqanın ikinci təsnifat mərhələsində ilk iki görüş iyulun 14-də gerçəkləşib. “Slima Uonderers” (Malta) “Makkabi” (Netanya, İsrail) ilə heç-heçə oynayıb - 0:0. “Kruzaders” (Şimali İrlandiya) isə “Rabotniçki”ni (Makedoniya) 2:1 hesabı ilə məğlub edib.
0