Gəncədə növbəti futbol turniri
15.07.2009 - 18:24
Gəncədə növbəti futbol turniri
Gəncə Regional Futbol Federasiyasının təşkilatçılığı ilə sayca III futbol turniri keçirilir. Apasport.az saytının məlumatına görə, budəfəki regional çempionat yeniyetmə və gənclər arasında təşkil olunub. Yarış dairəvi sistem üzrə 7 turdan ibarətdir və artıq 4 tur geridə qalıb. Çempionata Gəncədən 7, Daşkəsəndən 1 komanda qatılıb. Oyunlar Gəncənin «Spartak», «Metallurq» və Təhsil İdman Məktəbinin, eləcə də Daşkəsən rayon Mərkəzi stadionlarında keçirilir.
Çempionatın sonunda Gəncə Regional Futbol Federasiyası qalibləri medal və diplomlarla, həmçinin qiymətli hədiyyələrlə təltif edəcək.
0