8:0-dan sonra məğlubiyyət
16.07.2009 - 10:08
8:0-dan sonra məğlubiyyət
Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası Litvanın Şaulyay şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ikinci oyununu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, yığmamız yerli “Gintra Universitetas” klubu ilə görüşdə uğursuzluqla üzləşib. Şamil Heydərovun yetirmələri bu matçda məğlubiyyət acısı dadıblar - 0:2.

Qeyd edək ki, milli komandamız turnir çərçivəsində ilk oyunda Litva U-19-nu 8:0 hesabı ilə məğlub etmişdi.
0