Milli komandamız üçün Münhendə təlim-məşq toplanışı
16.07.2009 - 10:15
Milli komandamız üçün Münhendə təlim-məşq toplanışı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyulun 18-dən avqustun 4-dək Almaniyanın Münhen şəhərində təlim-məşq toplanışı keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, hazırlıq prosesində 23 oyunçu iştirak edəcək.

Toplanışa qatılacaq futbolçuların siyahısı: Elşən Abdullayev, Ramil Mənsurov, Elnur Babayev, Slavik Alxasov, Fuad Əsədov, Emil Balayev, Ruslan Tağızadə, Məqsəd İsayev, Rəhman Hacıyev, Mehdi Mehdiyev, Tural Mustafazadə, Vasif Rzayev, Aleksandr Qross, Əbülfəz Hüseynli, Nuran Qurbanov, Vurğun Fərəczadə, Kazım Kazımlı, Akif Tağıyev, Abdulla Abatsiyev, Hacı Əhmədov, Orxan Sadıqlı, Fərman Nuriyev, Elçin Hüseynov
0