İslandiyada sensasiya, Finlandiyada şok
16.07.2009 - 10:36
İslandiyada sensasiya, Finlandiyada şok
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, iki gün ərzində Avropanın müxtəlif meydançalarında 17 matç baş tutub.

“Bakı” Litvada “Ekranas”la heç-heçə etdikdən sonra bir sıra görüşlərdə sensasion nəticələr qeydə alınıb. Qazaxıstan çempionu “Aktobe” səfərdə “Hafnarfyordur”a 4 cavabsız qol vurub. Bundan başqa, Finlandiyanın ən sabit klublarından sayılan “İnter” doğma publika önündə gözlənilmədən “Şerif”ə uduzub. İkinci təsnifat mərhələsinin cavab oyunları iyulun 21-22-də keçiriləcək.

14 iyul

“Streymur” (Farer adaları) - APOEL (Kipr) - 0:2
“Makedoniya” (Makedoniya) - BATE (Belarus) - 0:2
“Ekranas” (Litva) - “Bakı” (Azərbaycan) - 2:2
“Pünik” (Ermənistan) - “Dinamo” (Xorvatiya) - 0:0
“Ril” (Uels) - “Partizan” (Serbiya) - 0:4

15 iyul

“Tirana” (Albaniya) - “Stabek” (Norveç) - 1:1
“VİT-Corciya” (Gürcüstan) - “Maribor” (Sloveniya) - 0:0
“Kopenhagen” (Danimarka) - Morgen (Çernoqoriya) - 6:0
“Debretsen” (Macarıstan) - “Kalmar” (İsveç) - 2:0
“Hafnarfyordur” (İslandiya) - “Aktobe” (Qazaxıstan) - 0:4
“Ventspils” (Latviya) - “Düdelanj” (Lüksemburq) - 3:0
“Zalsburq” (Avstriya) - “Bohemians” (İrlandiya) - 1:1
“Jrinski” (Bosniya və Herseqovina) - “Slovan” (Slovakiya) - 1:0
“İnter” (Finlandiya) - “Şerif” (Moldova) - 0:1
“Visla” (Polşa) - “Levadiya” (Estoniya) - 1:1
“Levski” (Bolqarıstan) - “Sent Julia” (Andorra) - 4:0
“Makkabi” (Hayfa, İsrail) - “Qlentoran” (Şimali İrlandiya) - 6:0
0