MOİK-dən daha bir qələbə
16.07.2009 - 11:44
MOİK-dən daha bir qələbə
Mərkəzi Ordu İdman Klubunun (MOİK) futbol komandası növbəti mövsümə hazırlıq məqsədilə daha bir yoxlama oyununu keçirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komanda gələn çempionatda I divizionda yarışacaq “Neftçi” İSM-lə qüvvəsini sınayıb. Qaradağ Olimpiya Kompleksinin stadionunda baş tutan görüş MOİK-in qələbəsi ilə nəticələnib.

Ardıcıl məşqlər və yoxlama görüşləri keçirdiyindən yorğun olmalarına baxmayaraq, “hərbçilər” qalib gəliblər - 2:1. Ramil Əliyevin yetirmələrindən Nicat Tağıyev və Tural Axundov fərqlənib. Komanda həftə sonu növbəti yoxlama matçına çıxacaq və bununla da, birinci hazırlıq mərhələsi yekunlaşacaq.

Xatırladaq ki, bundan əvvəlki yoxlama oyunlarında MOİK Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası (3:2), eləcə də “Muğan”ın əvəzedici heyətlərini (1:0) məğlub etmişdi. “Muğan” klubu və “Qarabağ”ın əvəzedici heyətləri ilə görüşlər isə qolsuz bərabərliklə nəticələnmişdi.
0