Almaniyaya 10 min vuvuzela gətirilir - FOTO
16.07.2009 - 13:50
Almaniyaya 10 min vuvuzela gətirilir - FOTO
Ötən ay Cənubi Afrika Respublikasında keçirilmiş Konfederasiyalar Kuboku zamanı dəbə düşən vuvuzela musiqi aləti Almaniyaya gətirilir. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə “Köln” klubunun azarkeşləri vuvuzeladan yararlanacaqlar.

63 sm uzunluğu olan və çox güclü səs çıxaran bu musiqi aləti rəqib komandanın oyunçularına psixoloji təsir göstərmək üçün istifadəyə buraxılacaq. “Köln” rəhbərliyi 10 min vuvuzela sifariş edib. Bunların hər biri 7 avroya satılacaq.

Qeyd edək ki, vuvuzelaların qulaqbatırıcı səsi olduğundan, Konfederasiyalar Kuboku zamanı onların stadionlara buraxılmaması tələb olunurdu. Lakin məsələyə qarışan FİFA rəsmiləri vuvuzelanın Afrika milli çalğı alətini olduğunu əsas gətirərək, qadağa tətbiq edə bilməyəcəklərinin söyləmişdilər.
0