Kriştianu Ronaldo “Real” rəhbərliyini şoka saldı
16.07.2009 - 15:25
Kriştianu Ronaldo “Real” rəhbərliyini şoka saldı
Portuqaliyalı futbolçu Kriştianu Ronaldo yenicə müqavilə bağladığı “Real” rəhbərliyini şoka salıb. Apasport.az saytının məlumatına görə, madridliləri 24 yaşlı yarımmüdafiəçinin inadkarlığı çətin vəziyyətdə qoyub.

Məsələ burasındadır ki, “Real”ın, eləcə də klubun sponsoru “Adidas” firmasının rəsmiləri ulduz futbolçunun geyindiyi 9 nömrəli futbolkanın arxasına “C.Ronaldo” yazılmasını istəyirlər. Formanın üzərinə sadəcə, “Ronaldo” yazılması nə “Real”, nə də “Adidas” üçün əlverişlidir. Çünki 3 il öncə braziliyalı hücumçu Ronaldo da “Kral klubu”nda 9 nömrə altında oynayıb. Elə həmin vaxt da futbolkanın arxasına yalnız “Ronaldo” yazılırdı.

İndi Kriştianunun da forması “Ronaldo” yazısı ilə buraxıldıqda, eynilə 3 il əvvəlki futbolkaya bənzəyəcək. Bu isə formaya tələbatın azalmasına səbəb olacaq. Üç il öncə braziliyalı Ronaldonun formasını almış azarkeşlər bu dəfə portuqaliyalı Ronaldonun eyni futbolkasına maraq göstərməyəcəklər.

Buna görə də “Real” rəhbərliyi fərqli, yəni “C.Ronaldo” yazılı futbolka istehsalını çalışırlar. Ancaq həftədə 270 min avro maaş alan Kriştianu bunun əleyhinədir. O, inadından əl çəkməyəcəyi halda, “Real”ın büdcəsinə xeyli ziyan vurmuş olacaq.
0