“Ekranas”ı 20 min avro cərimə gözləyir
16.07.2009 - 19:13
“Ekranas”ı 20 min avro cərimə gözləyir
Litvanın “Ekranas” klubu azarkeşlərinin Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Bakı” komandasının qaradərili futbolçuları Xalidu Sissoko ilə Feliks Felipe Almeydaya qarşı irqçi şüarlar səsləndirməsi üzündən ən azı 20 min avro cərimələnə bilər. Lent.az-ın məlumatına görə, bu haqda Litva Futbol Federasiyasının (LFF) prezidenti Lütauras Varanaviçyus “Lietuvos rytas” qəzetinə açıqlama verib.

LFF rəhbəri “Aukstaitijos” stadionunda baş verənləri xoşagəlməz hal adlandırıb: “Azarkeşlərin hərəkəti kluba baha başa gələ bilər. Ən azı 20 min avro cərimə gözlənilir. UEFA nümayəndəsi tərəfindən azarkeşlərin davranışının necə qiymətləndiriləcəyini deyə bilmərəm. Amma bu, əlbəttə, xoşagəlməz haldır. Bəlkə Panevejis şəhərinin stadionunda xoşagəlməz halın ilk dəfə baş verdiyini nəzərə alsınlar. Bu zaman xəbərdarlıqla da kifayətlənə bilərlər”.

Qeyd edək ki, “Ekranas” – “Bakı” matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb.
0